Ayxan Abbasov: "Bu problemi aradan qaldırmağa çalışacağıq"

19:19 - 1 Fevral 2021

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/4 final mərhələsində “Səbail”lə keçirdikləri oyundan sonra mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyəti şərh edib:

 

“İlk oyunda qələbə qazanmağı çox istəyirdik. Əsas məqsədlərimizdən biri də qapımızı toxunulmaz saxlamaq idi, təəssüf ki, bunu bacarmadıq. Birinci hissədə istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Fasilədən sonra daha yaxşı oynasaq da, qol imkanlarını boşa verdik. Hazırda ən böyük çatışmazlığımız da məhz qol imkanlarından yararlana bilməməkdir. Tez bir zamanda bu problemi aradan qaldırmağa çalışacağıq. Artıq bu oyunu unudub, cavab qarşılaşmasına hazırlaşacağıq. Turu keçən tərəf olmaq üçün əlimizdən gələni edəcəyik”.

Xəbər xətti