“Sumqayıt” futbolçuları Rüfət Abdullazadə və Səbuhi Abdullazadə ilə 2019/2020 mövsümündə bağladığı müqavilələri yeniləyib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, akademiyanın yetirməsi olan yarımmüdafiəçilərlə sözləşmələrin müddəti 2022/2023 mövsümünün sonunadək uzadılıb.
Rüfət Abdullazadə Premyer Liqada bu mövsüm 8, ümumilikdə 12 oyun, Səbuhi Abdullazadə isə bu mövsüm 8, ümumilikdə 22 oyun (1 qol) keçirib. U-21 millisinin üzvü olan gənc yarımmüdafiəçilər 2017/18 mövsümündə yüksək dəstədə debüt ediblər. Rüfət Premyer Liqada ilk oyununu sözügedən mövsümün XI turunda “Keşlə” ilə qarşılaşmada (3:1) keçiribsə, Səbuhi isə bu uğura 14-cü turun “Kəpəz”lə oyununda (3:0) nail olub. Onlar 2017/18 mövsümündə Premyer Liqada oynamış ən gənc futbolçular olublar.
saytlarin hazirlanmasi