"Sumqayıt" "Səbail"lə oyuna itki ilə çıxacaq

23:07 - 5 Fevral 2021

"Sumqayıt"ın Azərbaycan kubokunun 1/4 finalında "Səbail"ə qarşı cavab matçına ciddi itki ilə çıxacaq.

 

Sportal.az xəbər verir ki, komandanın kapitanı Vurğun Hüseynov zədə səbəbindən bu görüşdə oynamayacaq.

 

32 yaşlı futbolçu Premyer Liqanın 14-cü turunda "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri oyunda əzələsini dartıb. O, zədə səbəbindən "Səbail"lə keçirilmiş ilk oyunu da buraxmışdı.

 

Fevralın 6-da "ASCO Arena"da keçiriləcək "Səbail" - "Sumqayıt" matçı saat 18:00-da başlayacaq.

Xəbər xətti