"Sumqayıt" Ayxan Abbasovu təbrik etdi

18:42 - 11 Mart 2021

“Sumqayıt”ın çalışdırıcısı Ayxan Abbasov Premyer Liqada 100-cü oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, bu münasiblətlə prezident Riad Rəfiyev və əsas komandanın heyəti bugünki məşqdən öncə baş məşqçini təbrik edib. Rəfiyev Abbasova “Sumqayıt”ın 100 nömrəli formasını hədiyyə edib.

 

Ayxan Abbasov Premyer Liqada keçirdiyi 100 oyunda 35 qələbə, 30 heç-heçə və 35 məğlubiyyət əldə edib. Baş məşqçi kimi debütü 2017-ci il yanvarın 29-na təsadüf edən çalışdırıcı Premyer Liqada iki kluba rəhbərlik edib. O, 2017-18-ci illərdə “Zirə”ni 44, 2018-ci ildən indiyədək “Sumqayıt”ı 56 qarşılaşmaya çıxarıb.

Xəbər xətti