"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 20-ci turunda "Keşlə" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, 40 yaşlı mütəxəssis nəticəni şərh edib:
"Hər iki tərəf qalib gəlmək istəyirdi. Rəqib komandada məşqçi dəyişikliyi özünü göstərir. Sıx qrafik, zədəlilər, sarı vərəqələr öz təsirini göstərir. Rotasiyalara əl atmağa məcbur olduq. Fasilədən istifadə edəcəyik. Dördüncü dövrədə uğurlu olmağa çalışacağıq".
Abbasov matç ərzində iki dəfə geridönüş etmələrinin onu sevindirdiyini söyləyib: "Sürət var idi, hər iki tərəf qalib gələ bilərdi. Futbolda belə bir deyim var: uda bilmirsənsə, çalış uduzma".
Baş məşqçinin sözlərinə görə, əsas və gənclər yığmasına xeyli sayda futbolçu vermək onu həm sevindirir, həm də düşündürür: "Belədə, ehtiyat oyunçu skamyası geniş olmalıdır ki, bu da bizdə yoxdur. Dua edəcəyik ki, bu futbolçular düşərgəmizə zədəli qayıtmasın".
saytlarin hazirlanmasi