“Sumqayıt” klubunun milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan fasilə dövrü üçün hazırlıq planı bəlli olub.

 

Sportal.az xəbər verir ki, xəbər verir ki, Ayxan Abbasovun komandası toplanışa martın 17-dən etibarən Sumqayıt şəhər stadionunda start verəcək. “Sumqayıt” hazırlıq dönəmində 21 və 28 mart tarixlərində iki yoxlama oyunu keçirəcək. Rəqiblərin kimliyi hələ bəlli deyil.

 

“Sumqayıt” Premyer Liqada 26 xalla 4-cü sıradadır.