"Neftçi"dən ayrılan futbolçu "Traktor"da

16:16 - 15 Mart 2021

“Neftçi”dən ayrılan Saman Nərimancahanın yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "Traktor"a keçib. Onun İran yüksək liqasında mübarizə aparan Təbriz təmsilçisi ilə müqaviləsini detalları açıqlanmayıb.

 

Nərimancahan 2020-ci ilin yanvarında "Neftçi"yə keçmişdi. O, daha öncə 2014-2016-cı illərdə də "Traktor"da çıxış edib.

Xəbər xətti