"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov MOİK-lə keçirilən yoxlama oyunundan sonra klubun saytına açıqlama verib.
Sportal.az xəbər verir ki, o, 3:0 hesablı qələbəni şərh edib:
"Milli komandanın toplanışı ilə əlaqədar yaranmış fasilədən səmərəli şəkildə istifadə etməyə çalışdıq. Həm ehtiyatda qalan, həm də akademiyamızın perspektiv vəd edən gənclərinə oynamaq üçün şans verdik. Həmin futbolçular üçün bu böyük bir sınaq idi. Ümumilikdə götürsək, komandamın oyunundan razı qaldım. Fasilədən maksimum şəkildə yararlanıb, növbəti turda keçirəcəyimiz oyuna tam hazır olmağa çalışacağıq".
saytlarin hazirlanmasi