"Sumqayıt" "Sabah"la qarşılaşacaq

15:51 - 24 Mart 2021

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "Sumqayıt" növbəti yoxlama oyununu keçirəcək.

 

Sportal.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi "Sabah"la üz-üzə gələcək.

 

Martın 28-də "Bank Respublika Arena"da keçiriləcək qarşılaşmaya saat 16:00-da start veriləcək.

Xəbər xətti