"Sumqayıt"da yeni sözləşmə

12:54 - 9 Aprel 2021

"Sumqayıt" "Kontakt Home" ilə əməkdaşlıq müqaviləsini daha bir il müddətinə uzadıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, müqaviləyə uyğun olaraq, şəbəkə yaxın bir ildə "Sumqayıt"ı elektronika məhsulları ilə təmin edəcək. Müvafiq olaraq "Kontakt Home" klubun ev oyunlarının keçirildiyi “Kapital Bank Arena”da özünün reklam materiallarını yerləşdirəcək. Eyni zamanda iki qurum əməkdaşlıq müddətində birlikdə ortaq ictimai aksiyalar da həyata keçirəcək.

 

2018-ci ildən etibarən klubun partnyorları sırasında yer alan "Kontakt Home" 2006-cı ildən etibarən Azərbaycanın elektronika bazarında fəaliyyət göstərir. Şəbəkə 30-dan çox dünya brendinin ölkəmizdəki rəsmi distribütorudur.

Xəbər xətti