Aİ-nin səfiri Medianın İnkişafı Agentliyində

20:25 - 28 Yanvar 2022

Bu gün Avropa İttifaqının Azərbaycanda Nümayəndiliyinin rəhbəri, səfir Peter Mixalko Medianın İnkişafı Agentliyində olub.

Sportal.az xəbər verir ki, bu barədə agentlikdən məlumat verilib.

Bildirilib ki, agentliyin İcraçı direktoru Əhməd İsmayılov ölkədə media islahatlarının gedişi və “Media haqqında qanun” barəsində məlumat verib.

Görüşdə maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər xətti