Rumıniya mətbuatı yenidən “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfla bağlı iddia ortaya atıb.
Sportal.az "Prosport"a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis “Universitatya Krayova”nı çalışdıra biləcəyi ilə bağlı xəbər dərc edilib.
Rumıniyalı həmkarlarımızın iddiasına görə, artıq Regekampf Krayova təmsilçisi ilə danışıqlar aparır.
Əgər adıçəkilən kollektiv Konfrans Liqasına vəsiqə qazana bilməsə, baş sponsor məhz bu mütəxəssisi baş məşqçi postunda görmək istəyir. Regekampfın isə “Neftçi” ilə gələn ilin yayına kimi müqaviləsi qüvvədədir. Amma uğursuz nəticələrə görə rumıniyalı bu yay komandadan ayrıla bilər.
saytlarin hazirlanmasi