"Neftçi" Sankt-Peterburqda (Rusiya) keçiriləcək turnirində iştirak edə bilər.
Sportal.az xəbər verir ki, “ağ-qaralar”dan savayı turnirdə "Zenit", "Fənərbaxça" və "Srvena Zvezda" yer alacaq.
Rusiyanın “Спорт-Экспресс” nəşrinin iddiasına görə, “Neftçi”n böyük ehtimalla “Dinamo”(Moskva) əvəz edəcək. “Neftçi” tərəfindən Rusiya mətbuatına bu barədə açıqlama da verilib: “Klub özü də bu turnirdə iştirak etməkdə maraqlıdır. Hazırda danışıqlar gedir, lakin, iştirakımızı rəsmən təsdiq edə bilmərik”. Turnirin tarixi barədə hələ ki, dəqiq məlumat verilməyib.
Qeyd edək ki, "Dinamo" baş məşqçi dəyişikliyi ilə əlaqədar turnirdə iştirakdan imtina edib, çünki bu, Moskva klubunun mövsümöncəsi hazırlıq planlarını dəyişib.
saytlarin hazirlanmasi