Misli Premyer Liqasının XXXV turu “Neftçi”nin iki futbolçusu üçün əlamətdar olub.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, "Kəpəz"lə Qəbələdə baş tutan səfər matçı Rəhman Hacıyev və Voyislav Stankoviçin yubileyi ilə yadda qalıb.
Hacıyev Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.
30 yaşlı yarımmüdafiəçi Premyer Liqada 2008/09 mövsümündə debüt edib. İlk oyununa “Bakı” forması ilə çıxan Hacıyev 14 mövsüm ərzində 4 fərqli klubda çıxış edib. Onun hesabında 27 qol var. O, “Neftçi”də 144 (14 qol), “Bakı”da 44 (2 qol), “Şamaxı”da 44 (8 qol), “Sumqayıt”da 18 (3 qol) oyun keçirib.
Qəbələ şəhər stadionuna kapitan kimi çıxan Stankoviç isə Premyer Liqada 200-cü matçını keçirib. Debütü 2014/15 mövsümünə təsadüf edən 36 yaşlı serbiyalı müdafiəçi 8 mövsümdə 3 fərqli klubda forma geyinib. Onun hesabında 9 qol var. Debüt etdiyi “İnter”də (indiki “Şamaxı”) 12 (1 qol) matç keçirən arxa xətt oyunçusu “Qəbələ”də 92 (1 qol), “Neftçi”də 96 (7 qol) dəfə şans qazanıb.
Qeyd edək ki, “Kəpəz” – “Neftçi” oyununda bakılılar 3:1 hesabı ilə qalib gəlib.
saytlarin hazirlanmasi