"Neftçi" icarəyə verdiyi futbolçulardan birini geri qaytarmaq istəyir.
Sportal.az saytına verilən məlumata görə, "ağ-qaralar" "Turan Tovuz"da çıxış edən Xəyal Nəcəfovun geri qaytarılmasında maraqlıdır.
Belə ki, yarımmüdafiəçinin Qərb klubundakı performansı "Neftçi" rəhbərliyinin diqqətini çəkib. Buna görə də, paytaxt təmsilçisinin rəhbərliyi Nəcəfovu yay hazırlığına cəlb edəcək. 25 yaşlı yarımmüdafiəçinin "Neftçi" ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq. "Sumqayıt"ın yetirməsi 2021-ci ildə "Neftçi"yə keçib. "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov özü də, Xəyalın yeni mövsümə komandada başlamasını istəyir.
Millinin üzvünün yeni mövsümə hansı komandada başlayacağı yayda dəqiqləşəcək.
saytlarin hazirlanmasi