"Zenit"in baş direktoru Aleksandr Medvedev klubun Sankt-Peterburqda üç xarici komandanın iştirakı ilə mövsümöncəsi yay turniri keçirmək planlarından danışıb.
Sportal.az xəbər verir ki, "Чемпионат" portalına açıqlama verən klub rəsmisi "Neftçi"nin bu turnirdə iştirakının mümkün olduğunu bildirib:
"İyulda biz "Fənərbaxça", "Srvena Zvezda" və "Neftçi"ni Sankt-Peterburqda keçiriləcək turnirdə gözləyirik".
Xatırladaq ki, turnirin konkret tarixi yaxın vaxtlarda açıqlanacaq.
saytlarin hazirlanmasi