AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin tərcüməçisi Vüqar Əliyev tərəfindən verilən apellyasiya şikayətini təmin etməyib.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ki, İntizam Komitəsinin mayın 3-də verdiyi qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, Vüqar Əliyev "Turan Tovuz"la Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçında rəqibin rəsmi şəxslərinə qarşı qeyri-etik hərəkətlər etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün beş oyunluq cəzalanıb, paytaxt təmsilçisi isə 4000 manat məbləğində cərimələnib.
saytlarin hazirlanmasi