Azərbaycan klublarının Konfransları Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşməkdədir.
Sportal.az xəbər verir ki, ölkəmizi KL-də “Sabah”, “Neftçi” və “Qəbələ” klubları təmsil edəcək. Bu klublardan yalnız “Neftçi” səpələnməmişlər siyahısında olacaq.
Ötən həftənin yekunlarına əsasən, “Neftçi”nin potensial rəqiblərinin sayı artıb. Bunlar: “Petrokub” (Moldova), “Vorskla” (Ukrayna) və “Orhus”dur (Danimarka). Beləliklə, “Neftçi”nin 43 rəqibindən 22-nin adı bəlli olub: “Petrokub” (Moldova), “Voyvodina” (Serbiya), “Luzern” (İsveçrə), “Vorskla” (Ukrayna), “Bohemians” (Çexiya), “Orhus” (Danimarka), “Beytar” (İsrail), “Hammarbü” (İsveç), “Kalmar” (İsveç), “Kauno Jalqris” (Litva), “Poqon” (Polşa), “Debretsen” (Macarıstan), "Zalaeqerseq" (Macarıstan), "Keşkemet” (Macarıstan), "Sepsi" (Rumıniya), “Boraç” (Bosniya və Herseqovina), “Ordabası” (Qazaxıstan), “Aktobe” (Qazaxıstan), “Çelye” (Sloveniya), “Auda” (Latviya), “Differdanj” (Lüksemburq), “Torpedo-BelAZ” (Belarus).
Öz növbəsində, “Sabah” və “Qəbələ” üçün hazırda 44 potensial rəqibdən 26-ı bəllidir: “Brügge” (Belçika), “Bazel” (İsveçrə), “Gent” (Belçika), “Fənərbaxça” (Türkiyə), “ÇFR Kluj” (Rumıniya), PAOK (Yunanıstan), “Makkabi” (Tel-Əviv, İsrail), “Viktoriya” (Çexiya), “Bude-Qlimt” (Norveç), “Lex” (Polşa), “Hapoel” (Beerşeba, İsrail), “Yurqarden” (İsveç), APOEL (Kipr) , “Beşiktaş” (Türkiyə), “Riyeka” (Xorvatiya), “Vitoriya” (Portuqaliya), “Styaua” (Rumıniya), “Legia” (Polşa), “Rosenborq” (Norveç), “Spartak” (Trnava, Slovakiya), AEK (Kipr), “Omoniya” (Kipr), “KuPS” ( Finlandiya), “Osiyek” (Xorvatiya), “Harts "(Şotlandiya), "Aris" (Yunanıstan).
İkinci turun püşkatma mərasimi iyunun 21-də, qarşılaşmalar isə iyulun 27-də və avqustun 3-də keçiriləcək.
saytlarin hazirlanmasi