"Neftçi"nin kapitanı Emin Mahmudov sosial şəbəkə hesabında paylaşım edib.
Sportal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ümidləri doğrultmadıqlarını bildirib və azarkeşlərə təşəkkür edib:
"Mövsüm başa çatdı və biz ümidləri doğrultmadıq. Azarkeşlərimiz hər zaman daha yaxşı nəticələrə layiqdirlər. Mövsümboyu göstərdiyiniz dəstəyə görə təşəkkürlər".
Qeyd edək ki, Emin Mahmudov 2022/2023 mövsümündə "Neftçi"nin heyətində bütün turnirlərdə meydana çıxdığı 45 rəsmi matçda 19 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi