"Ölkə kubokunun finalda favorit olmur. Amma "Neftçi" öz meydanında oynayırdı deyə, şanslarının 60 faiz yüksək olduğunu hesab edirdim. "Qəbələ" isə "Neftçi"ni həm oyunla, həm də hər bir komponentdə məğlub etdi. Onları təbrik edirəm. Oyun göstərdi ki, "Qəbələ" qalibiyyətə tam layiq idi. Biri var mübarizə aparasan, bəxtin gətirsin, amma Elmar Baxşıyevin komandası "Neftçi"dən tam üstün olduğunu sübut etdi".
Bu sözləri Sportal.az saytına açıqlamasında Ceyhun Sultanov deyib. "Neftçi"nin sabiq idman direktoru bu mövsüm titulsuz qalan "ağ-qaralar"ın çıxışını dəyərləndirib:
"Təbii ki, "Neftçi"nin mövsümü titulsuz bitirməsi yaxşı hal deyil. Finalda oyun olmasa da, əzmkarlıq görünməliydi. Lakin bu da görülmədi. Problemlər var, bir nömrəli səbəbkar Laurentsiu Regekampfdır. "Neftçi"nin ən böyük problemi rumıniyalı baş məşqçidir. Gəlişindən bu yana nə oyun üslubu görünür, nə də komandanı matçlara kökləyə bilir. Rumıniyalı "Neftçi"dən getməlidir. Ayrılacağı təqdirdə, işlərin qaydasında gedəcəyi barədə isə bir söz deyə bilmərəm. Hansı baş məşqçi gələcək, necə komanda quracaq, bundan çox şey asılıdır. Ona görə də, heç nə demək olmur".
Sultanovun fikrincə, "Neftçi" hazırkı heyətlə Konfrans Liqasının qrup mərhələsinə düşməsi mümkün deyil: "Bu heyətlə, belə oyunla "Neftçi" avrokuboklarda mərhələ keçməkdə problem yaşayacaq. Düşünmürəm ki, bu heyətlə qruplara düşmək barədə danışmağa dəyər. Laurentsiu Regekampfla qruplara düşmək də real görünmür. Hər şeyi zaman göstərəcək. Avrokubokdakı bütün komandalarımıza uğurlar arzulayıram".
Mirbağırağa
saytlarin hazirlanmasi