Son günlərdə ən çox müzakirə olunan mövzulardan biri də Emin Mahmudovun “Neftçi”də qalıb-qalmayacağı ilə bağlıdır.
Sportal.az xəbər verir ki, Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, onun bu qədər gözləməsinin müəyyən səbəbləri ola bilər:
“Kapitan gəmini son anda tərk edər” deyiblər. Emin də kifayət qədər yüksək məvacib tələb eləyir. Bir sıra ölkələrdən təklifləri var. Əldə etdiyimiz məlumata görə, Mahmudov “Neftçi”də qarşıdakı günlərdə baş verə biləcək potensial dəyişiklikləri gözləyir. O, oyunçu profili olaraq çox önəmli fiqurdur. Bu qədər yüksək məvacib istəməsi də normal haldır.
“Neftçi”də cərəyan edən proseslərdən Emin Mahmudov da baş çıxara bilmir. Ona görə də hələ gözləmə mövqeyindədir. Klubda hər şey qaydasında olsaydı, Emin məsələni bu qədər uzatmazdı. Başa çatan mövsümün fonunda, böyük fiaskoya uğrayan “Neftçi”də qarşıdakı günlərdə çox ciddi islahatların anonsunu da vermiş olaq”.
saytlarin hazirlanmasi