"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf bu yay komandadan ayrıla bilər.
Sportal.az xəbər verir ki, rumıniyalı mütəxəssisin karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək ehtimalı var. Bu barədə "Playsport.ro" nəşri məlumat yayıb. Adları açıqlanmasa da, 47 yaşlı məşqçiyə Səudiyyə Ərəbistanının iki, Qətərin isə bir klubunun təklif göndərdiyi bildirilir. Hazırda tərəflər arasında danışıqlar gedir.
Qeyd edək ki, Laurentsiu Regekampf 2022-ci ilin yayında "Neftçi"nin baş məşqçisi təyin olunub. "Ağ-qaralar" onun rəhbərliyi altında Premyer Liqanı üçüncü pillədə başa vurub, kubokda isə finalda "Qəbələ"yə məğlub olub. Regekampfın paytaxt klubu ilə müqaviləsi 2024-cü ilin yayına kimidir.
saytlarin hazirlanmasi