Ötən mövsüm Azərbaycan Premyer Liqasında adından söz etdirməyi bacaran "Şamaxı"nın futbolçusu Fuad Bayramov yeni mövsümə harada başlayacağına hələ ki, qərar verməyib.
Sportal.az saytına açıqlama verən 25 yaşlı müdafiəçi hazırkı vəziyyəti belə izah edib:
"Kəpəz"ə keçəcəyimlə bağlı yayılan xəbərləri mən də mətbuatdan oxuyuram. Bu haqda məlumata sahib deyiləm. "Neftçi" məsələsinə gəlincə, ortada ciddi heç nə yoxdur. Heç danışıqlar aparmamışıq. Xaricə yollanmaq variantlarım da var. Menecerimlə bu yöndə danışıqlar aparıram. Yəqin ki, yaxın bir-iki həftəyə hər şey bilinəcək".
Mirbağırağa