"Sabah" və "Neftçi"nin transfer siyahısında yer alan forvard Azərbaycana gələcək?

20:29 - 9 İyun 2023

"Tirana"nın forvardı Florent Hasaninin karyerasını Azərbaycanda davam etdirmək şansının olması barədə xəbər vermişdik.

Sportal.az saytına verilən məlumata görə, Albaniya klubu kosovolu forvardı azad agent kimi buraxmaq niyyətində deyil.

"Sabah" və "Neftçi"nin transfer siyahısında olduğu iddia edilən hücumçunun özü Azərbaycanda oynamaq istəyindədir. Bu barədə futbolçu özü bir müddət əvvəl saytımıza açıqlamasında bildirmişdi. Məlumata görə, Hasani ən yaxşı halda avrokuboklardan sonra Azərbaycana gələ bilər.

Belə ki, "Tirana" rəhbərliyi ondan Konfrans Liqası oyunlarında komandaya kömək etməsini istəyib. Məhz bundan sonra onun Albaniyadan ayrılığı gerçəkləşə bilər.

Xəbər xətti