"Ölkə kubokunun finalında fərqli nəticə gözləmirdim. Hər iki komandanın şansı var idi. "Qəbələ" yaxşı performans göstərərək həm dördüncü yeri tutdu, həm də kuboku götürdü. Finalda yaxşı motivasiya ilə oynadılar. Oyun ərzində də göründü ki, "Qəbələ" çox həvəsli, istəkliydi, yaxşı oynadılar və nəticə qazandılar. Son oyunlara baxanda "Neftçi"də eniş hiss olunurdu, finalda da həvəssiz idilər".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Neftçi"nin veteran qapıçısı Rauf Mehdiyev deyib. Vaxtı ilə "ağ-qaralar"ın qapısını qorumuş Mehdiyev Laurentsiu Regekampfın baş məşqçi postundakı taleyini şərh edib: "Laurentsiu Regekampfın göndərilib-göndərilməməsinə gəlincə, klubdaxili işlərdir, rəhbərlik deyə bilər. "Neftçi"nin tarixi var, kim gətirilsə, həmişə çempionluğa oynamalıdırlar. Yeni baş məşqçinin də qarşısına ancaq çempionluq məqsədi qoyulmalıdır. Bizim vaxtımızda da qarşımıza ancaq çempionluq məqsədi qoyulurdu. "Neftçi" yayda Konfrans Liqasında iştirak edəcək. Məncə, Konfrans Liqasındakı bütün klublarımıza çətin olacaq. Amma istənilən halda, uğurlu nəticələr gözləmək də mümkündür. İnanırıq ki, klublarımız uğurlu nəticələrlə bizləri sevindirəcəklər".
O, həmkarı İvan Brkiçlə müqavilə müddətinin uzadılmasına da fikir bildirib: "Brkiç bu mövsümü yaxşı səviyyədə keçirdi. "Neftçi" üçün layiqli qapıçıdır. Yaxşı çıxış etdi deyə, klub da onunla müqavilə müddətini artırdı".
Mirbağırağa
saytlarin hazirlanmasi