"Neftçi"nin futbolçusu Rəhman Hacıyevin xidmətində "Səbail"in maraq göstərməsi barədə xəbər vermişdik.
Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçi Azərbaycanı tərk edə bilər. Hacıyev Şimali Makedoniyanın "Şkendiya" klubunun diqqətini cəlb edə bilib. Adıçəkilən ölkədə iddialı klublardan sayılan Tetova təmsilçisi Rəhmanı yayda heyətinə qatmaq istəyir. 29 yaşlı futbolçunun “Neftçi” ilə müqaviləsi 2024-cü il mayın 31-də başa çatacaq.