"Neftçi" Regekampfa təzminat ödəyəcək?

11:22 - 10 İyun 2023

"Neftçi" yollarını ayırmağa hazırlaşdığı Laurentsiu Regekampfa təzminat ödəməyəcək.

Sportal.az Bakı klubu rumıniyalı mütəxəssislə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilməsi barədə razılıq əldə edib. Bu barədə "romaniatv.net" məlumat yayıb. 47 yaşlı məşqçi əvvəlcə "ağ-qaralar"dan 100 min avro tələb etsə də, sonradan fikrindən daşınıb.

Regekampfla Səudiyyə Ərəbistanı və Qətər klublarının maraqlandığı iddia olunur.

Qeyd edək ki, Laurentsiu Regekampf 2022-ci ilin yayında "Neftçi"nin baş məşqçisi təyin olunub. Onun klubla müqaviləsi növbəti mövsümün sonuna kimidir.

Xəbər xətti