"Neftçi"nin baş məşqçisi oyunumu bəyənmir"

12:39 - 11 İyun 2023

"Qəbələ"nin legioneri Felipe Santosun yeni mövsümə bu komandada başlayıb-başlamayacağı dəqiq deyil.

Sportal.az saytına bu barədə açıqlama verən braziliyalı adının "Neftçi" ilə hallanmasına da münasibət bildirib:

"Qəbələ"yə qayıtmağımla bağlı hələ ki, heç nə bilmirəm. Gözləyirəm. Necə olacağını müəyyən müddətdən sonra görəcəyik. İki il il əvvəl Azərbaycana gəlmişəm və oynadığım futbolla diqqət mərkəzinə düşməyi bacarmışam.

Eşitdiyimə görə, "Neftçi"nin baş məşqçisi oyunumu bəyənmir. Bu, futbolun bir parçasıdır. Hər məşqçinin öz fikri var. Biz finalda "Neftçi"ni məğlub etməyi bacardıq. Bu isə mənim oynadığım oyunun yaxşı və ya pis olduğunu göstərir. Bütün bunlara görə hazırda gözləmə mövqeyindəyəm. Karyeram üçün ən yaxşı olan qərarı verəcəm".

Mirbağırağa

Xəbər xətti