"Neftçi" "Qarabağ"ın sabiq futbolçusu ilə maraqlanır

15:16 - 12 İyun 2023

Yola saldığımız mövsümdə "Şamaxı" forması geyinmiş Rauf Hüseynli Premyer Liqamızdakı əksər klubların maraq dairəsindədir.

Sportal.az saytına verilən məlumata görə, 23 yaşlı futbolçunu heyətinə qatmaq istəyən komandalar arasında "Sumqayıt", "Qəbələ" və "Neftçi"nin adı var.

"Qarabağ"ın sabiq müdafiəçisi hələ ki, konkret qərarını verməyib. O da, "Şamaxı"dakı digər futbolçular kimi AFFA İcraiyyə Komitəsinin verəcəyi qərarı gözləyir. Belə ki, məhz bir neçə gündən sonra yeni mövsüm "Şamaxı"nın Premyer Liqada qalıb-qalmayacağı bəlli olacaq. Komandanın birinci divizionda oynayacağı təsdiqlənərsə, Hüseynlinin yuxarıda qeyd olunan klublardan birinə keçidi baş tuta bilər. 
 

Xəbər xətti