"Neftçi", "Xəzər Lənkəran" və "Keşlə" (indiki “Şamaxı”) klublarında oynamış Denis Silva Kruz Braziliyada özünə komanda tapıb.
Sportal.az xəbər verir ki, 37 yaşlı futbolçu "Nasional"la anlaşıb. Təcrübəli müdafiəçi D seriyasında çıxış edən kluba qarşıdakı bir ildə kömək etməli olacaq.
Denis Azərbaycandan ayrıldıqdan sonra “Sao Kaetano”, “Rio Branko” klublarının formasını geyinib.
saytlarin hazirlanmasi