"Neftçi"dən ayrılan paraqvaylı bu klubun transfer siyahısındadır

13:29 - 14 İyun 2023

"Neftçi"nin yollarını ayırdığı Sezar Meza Kolli yeni mövsümə də Azərbaycanda başlaya bilər.

Sportal.az saytına verilən məlumata görə, paraqvaylı futbolçunun xidmətində Misli Premyer Liqasının klubları maraqlıdır.

31 yaşlı futbolçunu istəyən komandalardan biri "Sumqayıt"dır. Samir Abasovun vaxtı ilə "Neftçi"də işlədiyi oyunçunu sərəncamında görmək niyyətindədir.

"Kimyaçılar"la yanaşı, Sezar həm də "Səbail"in transfer siyahısında yer alıb. Uzun illərdir ki, Azərbaycanda çıxış edən Meza Kolli “Çezena”, “Alaves”, “Pavia”, “Zirə”, “Universitetya Krayova”, “İnter”(indiki “Şamaxı”) klublarının formasını geyinib.

Xəbər xətti