"Neftçi"nin legioneri millidə debüt etdi

10:20 - 15 İyun 2023

"Neftçi"nin legioneri Ataa Caberin Fələstin millisində debütü gerçəkləşib.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi İndoneziyaya qarşı keçirilən matçda çıxış edib. 28 yaşlı futbolçu 90 dəqiqə oyunun iştirakçısı olub. Qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb. İsrailin U-21 millisinin sabiq kapitanı Caber sonradan Fələstin vətəndaşlığına sahib çıxıb. 

 

Xəbər xətti