"Neftçi"nin "Fənərbaxça", "Zenit" və "Srvena Zvezda"ya qarşı oyunlarının vaxtı açıqlandı

14:59 - 15 İyun 2023

İyulun 1-dən 15-dək Rusiyanın Sankt-Peteburq şəhərində keçiriləcək "Matç TV Kuboku" adlanan beynəlxalq turnirdə iştirak edəcək "Neftçi"nin matçlarının təqvimi bəlli olub.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-qaralar"ın oyunları aşağıda qeyd olunan tarixlərdə baş tutacaq. Əlavə edək ki, başlama vaxtları Bakı saatı ilə qeyd edilib.

1 iyul

20:30. “Zenit” – “Neftçi” (“Qazprom Arena”)

4 iyul

20:30. “Srvena Zvezda” – “Zenit” (“Qazprom Arena”)

8 iyul

20:30. “Neftçi” – “Srvena Zvezda” (“Smena”)

9 iyul

20:30. “Zenit” – “Fənərbaxça” (“Qazprom Arena”)

12 iyul

20:30. “Fənərbaxça” – “Srvena Zvezda” (“Smena”)

15 iyul

15:00. “Neftçi” – “Fənərbaxça” (“Smena”)

Turnirin bütün görüşləri "Matç TV" və "Matç Premyer" telekanalları vasitəsilə canlı yayımlanacaq.

Xəbər xətti