SOCAR "Neftçi"nin titul sponsoru olacaq

21:58 - 15 İyun 2023

2023/2024-cü illər mövsümündə “Neftçi”nin (PFK) yeni titul sponsoru ölkəmizin qlobal brendi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti olacaq.

Sportal.az xəbər verir ki, müqaviləyə əsasən, əsas və əvəzedici komandaların oyun və məşq formalarının ön hissəsində klubun baş sponsorunun loqosu əks olunacaq.

Qeyd edək ki, 2018-ci ildə “Neftçi” PFK ilə sponsorluq müqaviləsi imzalayan, 2019/2020-ci illər mövsümündən komandanın titul sponsoru olan Türkiyənin milli aviasiya şirkəti “Türk Hava Yolları” ilə əməkdaşlıq müqaviləsinin müddəti artıq başa çatıb.

Xəbər xətti