"Neftçi"nin müqavilə təklif etdiyi müdafiəçini ölkəsindən də istəyirlər

17:23 - 17 İyun 2023

Yeni mövsüm üçün "Neftçi"nin planlarına daxil edilən Voyislav Stankoviçə təklif tək hazırkı komandasından gəlməyib.

Sportal.az saytına verilən məlumata görə, təcrübəli müdafiəçiyə üç ölkənin klublarından dəvət gəlib. Onlar arasında Azərbaycan Premyer Liqası, Serbiya Superliqası və Səudiyyə Ərəbistanı çempionatının təmsilçiləri var.

Amma Laurentsiu Regekampf yeni mövsüm Stankoviçi "Neftçi"də görmək istəyir. Buna görə də, ona yeni müqavilə təklif edilib. Stoperin hansı qərarı verəcəyi yaxın günlərdə dəqiqləşəcək. 35 yaşlı futbolçu “Dinamo”(Vranye), “OFK Beoqrad”, “Partizan”da oynadıqdan sonra ölkəmizə gəlib.

Serbiya millisinin sabiq üzvü “İnter”(indiki “Şamaxı”), “Qəbələ”nin formasını geyinib və 2019-cu ildə “Neftçi”yə keçmişdi.
 

Xəbər xətti