Sergen Yalçın "Neftçi" ilə danışıqlar aparmaq üçün Bakıya gələcək

10:52 - 18 İyun 2023

Türkiyəli məşqçi Sergen Yalçın karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportal.az xəbər verir ki, 50 yaşlı mütəxəssisin xidmətində "Neftçi" maraqlıdır. Bu barədə jurnalist Levent Ümit Erol məlumat yayıb.

Həmkarımızın sözlərinə görə, Laurentsiu Regekampfı istefaya göndərməyə hazırlaşan "ağ-qaralar"ın Sergenlə ilk danışığı müsbət olub. Tanınmış məşqçinin bu həftənin cümə axşamı günü "Neftçi" ilə müzakirələri davam etdirmək üçün Bakıya gələcəyi iddia olunur.

Qeyd edək ki, Sergen Yalçın son olaraq "Beşiktaş"ı çalışdırıb. O, 2021-ci ilin dekabrında istefaya göndərilib.

Xəbər xətti