“Neftçi“ transfer bazarında fəallığı artırıb.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, “ağ-qaralar“ Ervin Koffini sıralarına qatıb. Fil Dişi Sahilindən olan legionerlə 2+1 illik müqavilə imzalanıb.
Ölkəsinin U-23 yığmasının formasını geyinmiş Koffinin hazırda 28 yaşı var. «Şarleru»nin yetirməsi son olaraq Fransada «Pau»nun formasını geyinib.
2015-2018-ci illərdə «Loryen»in şərəfini qourumuş cinah müdafiəçisi Kiprdə də legioner həyatı yaşayıb. «Anortosis» və «Olimpiakos»un (Nikosiya) uğurları üçün tər töküb.
Premyer Liqanın bürünc medalçısı daha öncə “Anje”dən Miha Blajiçin keçidini həll edib.
Paytaxt təmsilçisi 30 yaşlı stoperlə 2 illik müqavilə imzalayıb. Fransa klubundan dəvət olunan mərkəz müdafiəçisi razılaşarsa, onunla sözləşmənin müdəti sonradan daha 1 il uzadılacaq.
2022-ci ilin iyunundan “Anje”də oynayan Blajiç ötən mövsüm Fransa Liqa 1-də 24 matç keçirib və 2 qol vurub.
Karyerası ərzində ölkəsində “Koper” və “Domjale”, Macarıstanda “Ferentsvaroş”un formasını geyinmiş mərkəz müdafiəçisi Sloveniya millisində 25 oyun keçirib.
“Transfermarkt”a görə, onun dəyəri iki milyon avrodur.
“Ağ-qaralar” daha əvvəl “Səbail”dən ayrılan qapıçı Emil Balayev və “Qarabağ”ı tərk edən yarımmüdafiəçi Filip Ozobiçlə anlaşıb.
saytlarin hazirlanmasi