Konfrans Liqasında iştirak edəcək “Neftçi” ilk legioner transferini bitirib.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Premyer Liqanın bürünc medalçısı “Anje”dən Miha Blajiçin keçidini sonna çatdırıb.
Paytaxt təmsilçisi 30 yaşlı stoperlə 2 illik müqavilə imzalayıb. Fransa klubundan dəvət olunan mərkəz müdafiəçisi razılaşarsa, onunla sözləşmənin müdəti sonradan daha 1 il uzadılacaq.
2022-ci ilin iyunundan “Anje”də oynayan Blajiç ötən mövsüm Fransa Liqa 1-də 24 matç keçirib və 2 qol vurub.
Karyerası ərzində ölkəsində “Koper” və “Domjale”, Macarıstanda “Ferentsvaroş”un formasını geyinmiş mərkəz müdafiəçisi Sloveniya millisində 25 oyun keçirib.
“Transfermarkt”a görə, onun dəyəri iki milyon avrodur.
“Ağ-qaralar” daha əvvəl “Səbail”dən ayrılan qapıçı Emil Balayev və “Qarabağ”ı tərk edən yarımmüdafiəçi Filip Ozobiçlə anlaşıb.
saytlarin hazirlanmasi