“Neftçi”nin baş məşqçisi təyin olacağı gözlənilən Sergen Yalçın bu gün Bakıya gələcək.
Sportal.az xəbər verir ki, türkiyəli mütəxəssis artıq Azərbaycan paytaxtına yola düşüb. 50 yaşlı məşqçi "ağ-qaralar"ın rəhbərliyi ilə görüşərək müqavilə şərtlərini müzakirə edəcək.
Qeyd edək ki, Sergen Yalçın son olaraq "Beşiktaş"ı çalışdırıb. O, 2021-ci ilin dekabr ayından işsizdir.
saytlarin hazirlanmasi