Gürcüstan millisi AVRO-2024-ün seçmə mərhələsində A qrupunda üçüncü oyununu keçirib.
Sportal.az xəbər verir ki, bu komanda səfərdə Şotlandiyaya 0:2 hesabı ilə məğlub olub.
“Neftçi”nin müdafiəçisi Solomon Kvirkveliya Gürcüstan millisinin heyətində 90 dəqiqə oynayıb. “Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili isə matçı ehtiyat oyunçular skamyasından izləyib.
Hazırda 4 xalı olan Gürcüstan millisi qrupda ikinci yerdədir.
saytlarin hazirlanmasi