Türkiyəli məşqçi Sergen Yalçın Bakıya gələrək "Neftçi" rəhbərliyi ilə görüş keçirib.
Sportal.az xəbər verir ki, tərəflər arasında hələ ki, razılıq əldə olunmayıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
50 yaşlı məşqçi bu gün İstanbula qayıdıb. O, düşünmək üçün "Neftçi" rəhbərliyindən vaxt istəyib. Sergen Yalçının qısa müddət ərzində "ağ-qaralar"a cavab verəcəyi gözlənilir.
Qeyd edək ki, "Neftçi" bu gün baş məşqçi Laurentsiu Regekampfla yollarını ayırıb.
saytlarin hazirlanmasi