Sergen Yalçınla "Neftçi" rəhbərliyi arasında baş tutan görüşün detalları bəlli olub.
Sportal.az xəbər verir ki, 50 yaşlı mütəxəssis Bakı klubundan özü və köməkçiləri üçün illik 4 milyon avro (7 422 000 manat) maaş tələb edib. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Neftçi" rəhbərliyi qərarını yaxın günlərdə türk məşqçiyə bildirəcək. Sergen Yalçın danışıqları başa vurduqdan sonra İstanbula qayıdıb.
Sergen Yalçının köməkçisi Murat Şahin də instaqram hesabında paylaşım edib. O, "Neftçi" rəhbərliyinə təşəkkürünü bildirib:
"Neftçi" klubu və SOCAR şirkətinin prezidenti Növşən Nəcəfə bizə göstərdikləri diqqətə görə təşəkkür edirəm".
saytlarin hazirlanmasi