"Neftçi"nin yollarını ayrıdığı Laurentsiu Regekampf ölkəsində çalışa bilər.
Sportal.az xəbər verir ki, rumıniyalı mütəxəssisin "Universitatya Krayova"nın baş məşqçisi təyin olunacağı gözlənilir. Bu barədə "playsport.ro" saytı məlumat yayıb. Artıq tərəflər arasında danışıqlar başlayıb.
Qeyd edək ki, Laurentsiu Regekampf 2022-ci ilin iyun ayından "Neftçi"ni çalışdırırdı. "Ağ-qaralar" bu gün 47 yaşlı məşqçi ilə yollarını ayırıb.
saytlarin hazirlanmasi