"Neftçi"nin yollarını ayırdığı baş məşqçi Laurentsiu Regekampfa ödədiyi təzminatın məbləği bəlli olub.
Sportal.az xəbər verir ki, Bakı təmsilçisi rumıniyalı mütəxəssisə müqaviləyə vaxtından əvvəl xitam verildiyi üçün 45 min avro təzminat ödəyib. Bu barədə "playsport.ro" saytı məlumat yayıb.
Qeyd edək ki, Laurentsiu Regekampf ötən ilin yayında "Neftçi"nin baş məşqçisi təyin olunmuşdu. Onun "ağ-qaralar"la sözləşməsinin müddəti 2024-cü ilin iyun ayına kimi idi.
saytlarin hazirlanmasi