Sergen Yalçın pula görə "Neftçi" ilə razılaşa bilməyib?

12:41 - 22 İyun 2023

Sergen Yalçının "Neftçi" ilə danışıqlar aparmaq üçün Bakıya gəldiyi barədə məlumat vermişdik.

Sportal.az xəbər verir ki, 50 yaşlı mütəxəssis "ağ-qaralar"la razılıq əldə etməyib və İstanbula qayıdıb. Tərəflərin maddi məsələlərdə anlaşa bilmədiyi iddia olunur.

"Sabah" nəşri isə məsələ ilə bağlı yeni iddia irəli sürüb. Məlumata görə, "Neftçi"nin türk məşqçi ilə razılıq əldə etməməsi yalnız maliyyə detalları ilə bağlı deyil. Bakı təmsilçisini ilə Sergen Yalçının avrokuboklar və Premyer Liqa ilə bağlı hədəflərində də fikir ayrılığı olduğu bildirilir.

Xəbər xətti