"Neftçi"də növbəti ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kolli ilə başa çatan müqaviləni yeniləməyib. Bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 2021-ci ilin iyunundan “Neftçi”də çıxış edən Meza Kolli bu müddətdə 55 oyunda meydana çıxıb, 6 qol vurub.
saytlarin hazirlanmasi