"Neftçi"də növbəti ayrılıq

15:18 - 22 İyun 2023

"Neftçi" daha bir futbolçu ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Vato Arveladze ilə başa çatan müqavilə yenilənməyib. Bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Ötən ilin avqustunda transfer olunmuş Arveladze komandanın heyətində 20 rəsmi oyunda meydana çıxıb.

Qeyd edək ki, "Neftçi" bu gün Sezar Meza Kolli ilə də yollarını ayırdığını açıqlayıb.

Xəbər xətti