"Neftçi"nin sabiq futbolçusu Yuri Pereskokov vəfat edib.
Sportal.az xəbər verir ki, keçmiş qolkiper 60 yaşında dünyasını dəyişib. Bu barədə futbol meneceri Anton Smirnov öz teleqram kanalında məlumat yayıb.
Qeyd edək ki, Pereskokov 1987-ci ildə "ağ-qaralar"da çıxış edib. O, "Dinamo" (Kirov), "Fakel", "Spartak", Özbəkistanda "Paxtakor" kimi komandalarda forma geyinib.
saytlarin hazirlanmasi