Laurentsiu Regekampfı istefaya yollanan, Sərgən Yalçınla maliyyə şərtlərində ortaq məxrəcə gələ bilməyən «Neftçi» baş məşqçi postuna növbəti namizədi gündəminə alıb.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Premyer Liqanın bürünc mükafatçısı Hikmət Karamanla əlaqə yaradıb.
Türkiyədə bir çox klubu çalışdırmış tanınmış mütəxəssisin dosyesi hazırda SOCAR rəhbərliyinin masasının üzərindədir.
Danışıqlar hələlik ilkin mərhələdədir, amma prosesin uzun çəkməyəcəyi bəllidir. Çünki bakılılar yeni mövsümün hazırlığına 3 gün öncə başlayıb, qarşıdan isə Sankt-Peterburq turniri gəlir.
saytlarin hazirlanmasi