"Neftçi" Rusiyanın Sankt-Peterburq şəhərində "Fənərbaxça", "Zenit" və "Srvena Zvezda"nın yer alacağı "Matç TV Kuboku" turnirində iştirak etməyə bilər.
Sportal.az xəbər verir ki, iyulun 1-dən 15-nə qədər keçirilməsi nəzərdə tutulan kubok hazırda Rusiyada yaranmış hərbi vəziyyətə görə turnirin baş tutub-tutmayacağı da bəlli deyil.
"Ağ-qaralar"ın mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məsələ haqda “Спорт-Экспресс”ə açıqlama verib:
"Sankt-Peterburqda keçiriləcək yoldaşlıq turnirində iştirak edib-etməyəcəyimizi hələ bilmirik. Turnirin təşkilatçıları ilə yaxın vaxtlarda danışacağıq. Bundan sonra klub yekun qərarı verəcək".
Əlavə edək ki, Yevgeni Priqojinin rəhbərlik etdiyi "Vaqner" silahlı qruplaşması Rusiyada hərbi çevrilişə cəhd edib.
saytlarin hazirlanmasi